Şahdağ Milli qoruğunda yanğın

26 Noyabr 2015 09:19 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Şahdağ Milli qoruğuna məxsus meşə ərazisində xəzəl və quru ağac kötükləri 20 ha sahədə yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.