Prezident ISESCO-nun baş direktoruna “Dostluq” ordeni təqdim etdi

26 Noyabr 2015 12:12 (UTC+04:00)

Prezident İlham Əliyev onun Sərəncamı ilə ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin "Dostluq" ordeni ilə təltif olunduğunu bildirib və yüksək dövlət mükafatını ona təqdim edib.

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri çıxış edərək Azərbaycanın yüksək dövlət ordeninə layiq görüldüyünə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Sonra Nigeriya nümayəndəsinə ISESCO-nun 2015-ci il üzrə "Savadlılıq" mükafatı təqdim edilib.

Daha sonra birgə foto çəkdirilib.