Nazir Mingəçevirə yeni rəis təyin etdi

26 Noyabr 2015 12:41 (UTC+04:00)

Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Yasamal Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Cavid Muradov Mingəçevir Rayon Polis İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Mingəçevir Rayon Polis İdarəsinin rəisi Ələsgər Bədəlov pensiya yaşına çatdığına görə, vəzifəsindən uzaqlaşdırılmışdı.

Azvision.az