Prokurorluq işçiləri Nardarana səfərbər olunur - RƏSMİ

26 Noyabr 2015 16:14 (UTC+04:00)
Bu barədə Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb. Araşdırmalardan sonra baş verən atışma və hadisənin nəticələri, səbəbkarlar barədə məlumat veriləcək.

Xatırladaq ki, təxminən bir saat bundan əvvəl Nardalan qəsəbəsində atışma baş verib. Kütləvi informasiya vasitələrinin yazdıqlarına görə, silahlı insident nəticəsində ölən və yaralananlar var. Bildirilir ki, əməliyyat zamanı polisə silahlı müqavimət göstərilib.

O da bildirilir ki, atışma Taleh Bağırzadə saxlanarkən olub. Əməliyyat zamanı Bağırzadənin tərəfdarlarından biri polislərə tərəf qumbara atıb, bundan sonra atışma baş verib. İnsidentin Nardaranda "Rəhimə xanım" ziyarətgahının yaxınlığında namaz vaxtı baş verdiyi bildirilir.

3 saylı Klinik Xəstəxananın baş həkimi Fikrət Zeynalov bildirib ki, xəstəxanaya 3 yaralı daxil olub.

Baş həkimin sözlərinə görə, onların hər üçünün vəziyyəti ağırdır, odlu silahdan açılan atəşlə yaralanıblar. Yaralıların hamısı gənclərdir, onlardan birinin üzərində təcili əməliyyat aparılıb. Əməliyyat başa çatsa da yaralının vəziyyəti kritik olaraq qalır. Qalan iki yaralının üzərində cərrahiyyə əməliyyatı davam edir.

Baku.ws