Rusiya Türkiyəyə qarşı sanksiyalar hazırlayır

26 Noyabr 2015 21:08 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Rusiyanın Baş naziri deyib ki, addımlar müştərək layihələrin dayandırılmasını da əhatə edə bilər.
Dmitri Medvedev sanksiyalarla bağlı təkliflərin hazırlanmasına iki gün vaxt ayırdığını deyib.

"Bu sözsüz ki, dövlətimizə qarşı bizim qonşu və üstəlik də Şimali Alyans üzvü olan Türkiyə tərəfindən təcavüzkarlıq aktıdır", - Dmitri Medvedev hökumət iclasını açarkən deyib.

Xatırladaq ki, Türkiyə tərəfi Rusiya təyyarəsinin vurulmasından əvvəl rusiyalı pilota verilən "xəbərdarlığın audioyazısı"nı yayıb.