Ərdoğan Putinə Parisdə görüşməyi təklif etdi

26 Noyabr 2015 23:45 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, Ərdoğan bu barədə Fransanın "France 24" telekanalına müsahibəsində bildirib.

"Mən Vladimir Putinlə noyabrın 30-da Parisdə görüşün keçirilməsinə dair sorğu verdim, lakin hələ cavab almamışam", deyə Ərdoğan bildirib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Parisdə keçiriləcək iqlim sammitində Putin və Ərdoğan arasında ayrıca görüşün nəzərdə tutulmadığını bildirib.