Nardaranda gecə sakit keçib

27 Noyabr 2015 10:32 (UTC+04:00)

Bunu Kənd sakini Hidayət Nəbiyev deyib. Onun sözlərinə görə, kəndə gələn yollarda polis postları yaradılıb, Nardaran nəzarət altındadır.

Hidayət Nəbiyev kənd sakinlərinin də gecəni meydanda keçirdiklərini bildirib: "Hamımız kişi kimi meydanda qaldıq, dağılmadıq, dağılmayacağıq da".

O, atışma zamanı ölən kənd sakinlərinin meyitinin qaytarılmasını və saxlanılanların buraxılmasını tələb etdiklərini bildirir: "Biz hələ bilmirik kim ölüb, neçə nəfər ölüb. Neçə nəfər yaralıdır. Rəsmi qurumların cavabını gözləyirik".

Noyabrın 26-da Nardaranda silahlı insident olub. Rəsmi məlumata görə, bu zaman dörd nəfər kənd sakini və iki polis ölüb



"Azadlıq" radiosu