Yığmamızın voleybolçusu özünə klub tapa bilmir

30 Oktyabr 2012 08:36 (UTC+04:00)
"Voleybodan getməmişəm. Sadəcə, indi İstanbulda yaşayıram və burada yeni mövsümə hazırlaşıram". Bunu AzNews.az-a açıqlamasında milli komandamızın aparıcı üzvü Kseniya Poznyak deyib. Blok oyunçusunun sözunə görə, hazırda klubsuzdur və özünə yeni iş yeri tapa bilmir:

"Məşqlərimi İstanbulda edirəm. Hansı komandanın düşərgəsində hazırlaşdığımı deyə bilmərəm. Çünki sonra problem yarana bilər. Hazırda heç bir klubda deyiləm. Bakıdan da mənimlə maraqlanan olmayıb. Bütün diqqətimi bərpaya yönəlmişəm. Görək, axır necə olacaq".

Qeyd edək ki, Kseniya son mövsümü İtaliyada keçirib; "A" Seriyasında "Kariparma"nın şərəfini qoyuyub. Ondan sonra İstanbula yollanan volebolçu köhnə zədələrini sağaltmaqla məşğul olub.

Kamran Hacı
AzNews.az