Bakı-Quba yolunda ağır qəza - Ölən və yaralanan var

27 Noyabr 2015 10:57 (UTC+04:00)

Məlumata görə, magistralın 53-cü kilometrliyində, Xızı rayonu ərazisində 1979-cu il təvəllüdlü Həsənova Lalə Həsən qızının sürdüyü "Chevrolet-Aveo" aşıb. Nəticədə sürücü xəsarət alıb, avtomobildə olan sərnişin, 1986-cı il təvəllüdlü Abdullayeva Nazlı Vəli qızı isə aldığı xəsarətlərdən keçinib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb.

Qəzaya səbəb kimi, sürücünün idarəetməni itirməsi göstərilir.

Lent.az