Gəncədə daha bir ekstremist saxlanıldı – Qumbaranı polisə atmaq istəyib

27 Noyabr 2015 14:32 (UTC+04:00)


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, R.İsmayılov Şah Abbas məscidinin qarşısına gəlib. Bununla əlaqədar R.İsmayılov evinin qarşısında tutularkən üzərində olan qumbara ilə Gəncə ŞBPİ-nin əməkdaşı, polis mayoru Oqtay Orucovun baş nahiyəsindən xəsarət yetirərək qumbaranı partlatmağa cəhd göstərib. R.İsmayılov tutulub və ondan 1 ədəd "F-1", 1 ədəd "RQD-5" qumbaraları və 14 qram heroin götürülüb.