“Akademik II Fəxri Xiyabanda torpağa tapşırılacaq” – İsa Həbibbəyli

27 Noyabr 2015 15:17 (UTC+04:00)

Bu barədə məlumatı AzNews.az-a Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib.

O qeyd edib ki, akademik sabah II Fəxri Xiyabanda torpağa tapşırılacaq: "Tofiq Hacıyev dilçilik elminin və türkologiyasının tanınmış görkəmli nümayəndələrindən biri idi. Sabah Azərbaycan Elmlər Akademiyasının Hüseyn Cavid prospektində yerləşən əsas binasının dairəvi zalında saat 12-də Tofiq müəllimlə vida mərasimi olacaq".


Qeyd edək ki, Tofiq Hacıyev bu gün dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Sevinc YASİNQIZI