Hörmüz boğazı bağlanmayacaq

30 Oktyabr 2012 08:43 (UTC+04:00)
İranın Müdafiə naziri Əhməd Vahidi Hörmüz boğazının bağlanmayacağını deyib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, vahidi qeyd edib ki, onun ölkəsi sanksiyalara cavab olaraq boğazın bağlanması ilə bağlı qərar qəbul etməyəcək.

O, həmçinin əlavə edib ki, sanksiyalar ölkənin iqtisadi imkanlarının daha da artmasına və xarici asılılığın azalmasına gətirib çıxarır.

Qeyd edək ki, bundan əvvəl İran ABŞ və Qərbi Hörmüz boğazını bağlayacağı ilə hədələyirdi.

Sadiq Musa
AzNews.az