Nazirliyin keçmiş aparat rəhbəri aparıcılığa qayıtdı

27 Noyabr 2015 20:07 (UTC+04:00)

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Elnur Kələntərli AzTv-nin efirində siyasi-analitik proqramın aparıcısı kimi fəaliyyətini davam etdirir.

Qeyd edək ki, o, keçmiş nazir Füzuli Ələkbərovun dövründə, 2012-ci ilin mart ayında nazirliyin aparat rəhbəri vəzifəsinə təyin edilmişdi.

Yeni nazir Səlim Müslümovun əmri ilə isə o, vəzifədən azad edilərək Əjdər Cəbiyevlə əvəzlənib.