“Elmi “mühit“ onu dəm qazından daha öncə zəhərləmişdi” - Şair akademikin ölümündən danışdı

27 Noyabr 2015 20:35 (UTC+04:00)

Bunu hazırda Türkiyədə yaşayan azərbaycanlı alim, professor Məmməd İsmayıl bu gün dünyasını dəyişən akademik Tofiq Hacıyevin ölümünə münasibət bildirərkən vurğulayıb.

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, şair akademikin ölümündən çox təsirlənib və öz emosiyalarını gizlədə bilməyib:

"Dəm qazı bəlkə də bu mühit zəhərlənməsini bir daha gündəmə gətirmək üçün faciəvi partlayış oldu. Biz niyə bu gündəyik görəsən, kim bizi bu günlərə saldı axı? Hər böyük istedad Tanrının seçdiyi və milli sərvətdir! Bəs halal ya haram yolla yığdığı pulun dəyərini bilən millət milli-mənəvi sərvətinin qədrini nə zaman biləcək?!".