Bakı-Şamaxı yolunda avtomobillər toqquşdu - Ölən və yaralı var

27 Noyabr 2015 21:13 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 18:00 radələrində magistral yolun 79-cu kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb.

Bakı sakini, 1976-cı il təvəllüdlü Rzayev Teymur Vladimiroviçin idarə etdiyi "Lexus" markalı minik avtomobili qarşı tərəfdən gələn Şamaxı sakini 1947-ci il təvəllüdlü Quliyev Seyidəli Rəsul oğluna məxsus "Niva" markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı Seyidəli Quliyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. "Lexus"un sürücüsü Teymur Rzayev Qobustan Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.