​Rusiyalı deputat əri tərəfindən maşında partladıldı - FOTO + VİDEO

28 Noyabr 2015 09:44 (UTC+04:00)

Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yerli kütləvi informasiya vasitələri məlumat yayıb.

Məlumata əsasən, deputatın əri Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. O maşında ikən F-1 qumbarasını işə salıb.

Həmçinin bildirilir ki, ilkin informasiyaya görə, belə bir davranışa ərin həyat yoldaşını xəyanətdə şübhəli bilməsi səbəb olub.


Partlayış Tatyana Snejina küçəsi, ev 49 ünvanı yaxınlığında "Toyota RAV4" markalı avtomobilin salonunda baş verib.

"Salonda iki meyit aşkar edilib", - deyə mənbə bildirib.







Report.az