Rusiya türkmənləri 17 dəfə bombardman edib

28 Noyabr 2015 10:36 (UTC+04:00)

Bu barədə "Reuters" məlumat yayıb.

Agentlik Rusiya Müdafiə Nazirliyinin məlumatlarına istinadən Salma, Gmam və Kesladşuk yaşayış məntəqələrinə aviazərbələr endirildiyini, həmin yaşayış məntəqələrində əsasən etnik türkmənlərin yaşadığını bildirib. Salma azı 8 dəfə bombalanıb. Rusiya təyyarələri Salma şəhəri ətrafında 13 km radiusda Bəşər Əsəd qüvvələri ilə döyüşən Suriya türkmənlərinə aid azı 15 hədəfə zərbələr endirib.

"Ruslar "Su-24" təyyarəsi vurularkən türkmən kəndlərini bombalayırdı", - deyə Suriya Türkmənləri Ali Şurasının rəhbəri Samir Alo söyləyib. O, minlərlə türkmənin Türkiyə sərhədinə qaçmağa məcbur olduğunu bildirib.

APA.az