4 nəfərin öldüyü hadisə barədə - DİN-dən açıqlama

28 Noyabr 2015 14:51 (UTC+04:00)

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, qəza rayonun Veyisli kəndində qeydə alınıb.

Belə ki, kənddə rayon sakinləri Ələsgər Ələsgərovun və Saday İsmayılovun idarə etdikləri "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və Ə.Ələsgərovun sərnişinlərindən Nofəl İsmayılov, habelə S.İsmayılovun sərnişinlərindən Yaşar Rzayev hadisə yerində ölüb. Ə.Əsgərovun digər 3 sərnişini və S.İsmayılovun digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Goranboy rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.