Türkiyə vətəndaşlarına Rusiyaya getməmək tövsiyə edilir

28 Noyabr 2015 14:58 (UTC+04:00)

Bu barədə AzNews.az Trend-ə istinadən məlumat verir.

XİN bəyan edir ki, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi ilə əlaqədar olaraq, Türkiyə vətəndaşlarının Rusiyaya səyahəti və orada qalması ilə bağlı bir sıra problemlər müşahidə olunur: "Vətəndaşlarımıza vəziyyət düzələnədək Rusiyaya vacib və təcili olmayan səfərləri təxirə salmağı tövsiyə edirik".

Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələrinin Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vurmasından sonra iki ölkə arasında münasibətlər pisləşib.