Əfqanıstan Azərbaycandan LPG alacaq

28 Noyabr 2015 15:12 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Əfqanıstan Ticarət Nazirliyinin sözçüsü Misafir Kokandı Azərbaycanla 150 min ton, Rusiya ilə 72 min ton mayeləşdirilmiş neft qazı (LPG) satınalma anlaşması imzaladıqlarını açıqlayıb. Kokandı həmçinin bu ölkələrlə anlaşmalara əsasən keçən illərə görə daha aşağı qiymətlə LPG alacaqlarını bildirib.

Qeyd edək ki, daha əvvəl LPG-nin böyük bir miqdarı Əfqanıstana İran və Türkmənistandan idxal edilirdi.