Nardaranda su və telefon xətləri də kəsildi

28 Noyabr 2015 16:02 (UTC+04:00)

AzNews.az xəbər verir ki, qəsəbə ağsaqqalı Natiq Kərimovun cebhe.info-ya verdiyi məlumata görə, əhaliyə kommunal xidmət göstərilmir:

"Səhər saatlarından etibarən içməli suyun verilməsi dayandırılıb. Bununla yanaşı telefon xətlərimiz kəsilib, yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb. Cənazələrinin qaytarılması istiqamətində danışıqlar gedib. Verilən məlumata görə, günortadan sonra cənazələr torpağa tapşırılması üçün bizə qaytarılacaq. Artıq dünyasını dəyişmiş insanların ailələrinin də səbri tükənib, onlar öz qardaşlarının cənazələrini istəyirlər".

Xatırladaq ki, bir gün əvvəl Nardarana elektrik enerjisi və mavi yanacağın verilməsi dayandırılmışdı. Əlaqədar qurumlar bunu qəsəbə abonentlərinin külli miqdarda – 43 milyona yaxın borcunun olması ilə əlaqələndirib.