Azərbaycan Dillər Universitetinin - Yeni rektoru

28 Noyabr 2015 16:10 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, Azərbaycan Dillər Universitetində (ADU) rektor vəzifəsi universitetin elmi işlər üzrə prorektoru Professor Dünyamin Yunusova həvalə olunub. Bu barədə ADU-nun "Facebook" səhifəsində yazılıb. Həmin səhifədə Dünyamin Yunusovu yeni vəzifəsi münasibəti ilə təbrik də ediblər.

Dünyamin Nurqələm oğlu Yunusov - 1951-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Şəki rayonunun Böyük-Dəhnə kəndində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu 1973-cü ildə fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə İngilis dilinin qrammatikası kafedrasında müəllim saxlanılıb. Uzun müddət ADU-nun prorektoru vəzifəsində çalışıb. Evlidir, iki övladı və iki nəvəsi var.