Şeyxin evi başına uçuruldu – EKSKLÜZİV

30 Oktyabr 2012 09:40 (UTC+04:00)


"Əhvalım çox pisdir, vəziyyətim ağırdır. Əsəbimdən belimin ağrısı tutub, yeriyə bilmirəm. Xalq artistinin evini başına uçurublar". Bunu AzNews.az-a xalq artisti Şeyx Əbdül Mahmudbəyov bildirib.

Ə.Mahmudbəyovun sözlərinə görə, hazırda onun yaşadığı evdə quşlar uçur: "Bilmirən necə edim? Evimin içində quşlar uçuşur. Moskvadaydım. Dünən evdən zəng vurublar ki, durma gəl. Gəldim ki, evimin sakinləri ilə bir yerdə quşlar uçuşur. Qalmışam belə, mən necə edim? Başımı soxmağa evim yoxdur. Bu toz-torpağın arasında mən necə yaşayacam? Mənə pul deyil, yaşamaq üçün ev lazımdır. Bu boyda sənətkarın halı ilə bir maraqlanan belə yoxdur".

Aktyorun bildirdiyinə görə, evi "Qış Bulvarı"nin tikintisi zamanı uçurulub: "Burada "Qış bilvarı" tikirlər. Evimizin yanında batan küçə var. Evim isə tikinti gedən hissənin 6-8 addımlığındadır. Orada ağır işlər görülüb, 3 mərtəbəli bina deformasiyaya uğrayıb, ev nar kimi 4-5 yerdən partlayıb. Qorxuludur, hər an uça bilər. Məni buradan köçürün…"

Bahar Rüstəmli
AzNews.az