Ramil Usubov polisin yas mərasimində - Fotolar

28 Noyabr 2015 18:13 (UTC+04:00)

AzNews.az report-a istinadən xəbər verir ki, nazir Ramil Usubov mərhumun yaxınlarına başsağlığı verib.

Mərasimdə qeyd olunub ki, Azərbaycanda xalqına, millətinə sadiq olan insanlar yaşayır. Heç bir qüvvə xalqın birliyini sarsıda bilməz.

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü Hacı Qəni Axundzadə noyabrın 27-də cənub bölgəsinin ruhanilərinin və dindarlarının bir araya gələrək Prezident İlham Əliyevə müraciət ünvanladıqlarını bildirib: "Cənub bölgəsi dindarlarının dövlətimizə və dövlətçiliyimizə hər zaman sadiq olduqlarını qeyd ediblər".

Qeyd edək ki, 38 yaşlı İsmayıl Tağıyev bu il noyabrın 26-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilmiş xüsusi əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilməsi nəticəsində həlak olan iki polis serjantından biridir. Ağır atletika üzrə Avropa çempionu olan İsmayıl Tağıyev üç övlad atası idi.

II Fəxri Xiyabanda torpağa tapşırılan hər iki polis əməkdaşı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümlərindən sonra Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif ediliblər.