Kapitan “Xəzər Lənkəran”dan ayrılır

28 Noyabr 2015 21:18 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri "Zirə" – "Xəzər Lənkəran" matçından sonra "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev sportal.az-a açıqlamasında bildirib.

Təcrübəli futbolçu "Xəzər Lənkəran"dan ayrıla biləcəyini açıqlayıb:

"Hələ ki, heç bir klubla danışmamışam. Çox güman ki, qışda ayrılacam".

"Xəzər Lənkəran"ın kapitanı adının "Qəbələ" ilə hallanmasına belə cavab verib:

"Bu haqda heç bir məlumatım yoxdu. Bu xəbəri də təzəlikcə eşitmişəm. Hələlik dekabr ayına kimi burdayam".