Putindən Türkiyəylə bağlı - Fərman

28 Noyabr 2015 23:15 (UTC+04:00)

AzNews.az report-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Prezident bu fərmanla Rusiya Federasiyası hökuməti tərəfindən müəyyən edilmiş siyahı üzrə Türkiyədən müxtəlif növ malların Rusiyaya gətirilməsinə qadağa və ya məhdudiyyət qoyub.

Sənədə görə, Rusiyada hökumət tərəfindən müəyyən edilmiş siyahı üzrə istehsalçı ölkəsi Türkiyə Respublikası olan müxtəlif növ malların federasiya ərazisinə gətirilməsini nəzərdə tutan xarici iqtisadi əməliyyatlara müvəqqəti olaraq qadağa və ya məhdudiyyət tətbiq edilir.

Həmçinin Türkiyənin yurisdiksiyasında olan təşkilatların Rusiya ərazisində hökumətin müəyyən etdiyi siyahı üzrə ayrıca növ iş və ya xidmət icra etməsinə qadağa və ya məhdudiyyət təbiq edilir.