Bakı-Quba yolunda ağır qəza - Ölən və yaralananlar var

29 Noyabr 2015 00:30 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, qəza magistralın Siyəzən rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 99 GN 512 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomaşın yolun kənarındakı reklam lövhəsinə çırpılıb.

Qəza nəticəsində maşında olan sərnişin Zeynalov Xancan Intiqam oğlu dünyasını deyişib. Sürücü də daxil olmaqla maşında olan 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar Siyəzən Regional Diaqnostika Mərkəzində ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.