Yoldaşını güllələdi - Özünü bıçaqlayaraq öldürdü

29 Noyabr 2015 10:43 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, Zümrüd Nazim qızı İbrahimova qarın boşluğundan tüfənglə güllə xəsarətləri alıb.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən xəbərə görə, noyabrın 28-i gecə saat 23:30 radələrində xəstəxanaya gətirilən rayonun Bəhmənli kənd sakini Nəsimi Nəzir oğlu İbrahimov həkimlərin səylərinə baxmayaraq səhər 06.30 radələrində özünə yetirdiyi bıçaq xəsarətlərindən reanimasiya şöbəsində keçinib.

Hadisə ilə bağlı digər versiyaların üzərində əməliyyat tədbirləri aparılır.