5 general DİN-dən qovuldu

30 Oktyabr 2012 10:56 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyindən 5 generalın azad edilməsi ilə bağlı sərəncam imzalayıb.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, öz postunu itirənlər arasında, informasiya texnologiyaları departamentinin rəhbəri Mixail Tyurkin, operativ idarənin birinci müavini Andrey Florinski və digərləri var.

Qeyd edək ki, son zamanlar prezident DİN-in fəaliyyətini kəskin tənqid edirdi.

Sadiq Musa
AzNews.az