Fəhlə 3-cü mərtəbədən yıxılaraq öldü - Bakıda

29 Noyabr 2015 11:19 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, üçüncü mərtəbədə yerləşən mənzilin pəncərəsini quraşdırılması zamanı usta işləyən 1989-ci il təvvəlüdlü Həsənov Kamandar ehtiyatsız davrandığından yıxılıb. O, müxtəlif ağır bədən xəsarətləri ilə 1 saylı şəhər Kliniki xəstəxanasına çatdırılsada, onu xilas etmək mümkün olmayıb.

Yaralı əməliyyat zamanı dünyasını dəyişib.