Terrorizmdən qazanan şirkətlərin özü də terrorist sayılır - Mübariz Mənsimov

29 Noyabr 2015 15:33 (UTC+04:00)

Azərbaycanlı milyarder qlobal böhrandan, İŞİD-dən danışıb, ona ünvanlanan bir çox ittihamlara münasibət bildirib.

AzNews.az həmin müsahibəni oxucularına təqdim edir:

-Son zamanlar həm Azərbaycanda, həm də Türkiyə müzakirə olunan mühüm məsələlərdən biri, Türkiyədə keçirilən parlament seçkiləri idi. Parlament seçkiləri məhz Rəcəb Tayyib Ərdoğanın böyük üstünlüyü ilə başa çatdı. Bir iş adamı olaraq necə bilirsiniz, bu qələbədən sonra sahibkarların vəziyyəti daha da yaxşı olacaq? Yoxsa, hər hansı bir dəyişiklik gözləmək hələ tezdi?

- Bilirsiniz, bu surpriz deyildi. Hazırda AK parti son 10 il müddətində həm iqtisadi, həm də insanların rifah səviyyəsinin yüksəldilməsi istiqamətində çox böyük işlər görüb. Rəcəb Tayyib Ərdoğan artıq dünyada qəbul olunacaq güclü bir liderdir. Türkiyədə AK partinin təkbaşına iqtidara gəlməsi, nəticə etibarı ilə Türkiyə daha da inkişaf edəcək. Məhz bunun Türkiyə üçün pozitiv effekti olmacağını düşünürəm. Əsas da bunun bir surpiriz olduğunu qətiyyə qəbul etmirəm. Çünki, xalq tərəfindən seçilib. Çox rahat bir şəkildə bəyan edə bilərəm ki, Türkiyədə keçirilən seçki, demokratikliyi ilə belə Avropa ölkələrindən də üstündür. Qeyd edim ki, seçki zamanı insanlar seçkiyə bayram ab-havası ilə gəlirdilər. Bu gün xalq AK partini seçibsə, deməli ona inanır. Bu isə sonda öz nəticəsini verəcək.

-Bir müddət əvvəl də xalq AK partini seçmişdi. Amma bu seçimin nəticəsində hakimiyyətə gəlmiş bir partiya olaraq təkbaşına iqtidarı idarə edə biləcək gücə malik olmadı. Bu müddət ərzində nə baş verdi ki, AK parti təkrar seçkilərdə böyük üstünlüklə qalib gəldi və yenidən hakimiyyəti təkbaşına təşkil etmək gücə sahib oldu?

-Dünyada baş verən məlum hadisələrdən sonra Türkiyə terrorizmə qarşı mübarizədə daha aktiv rol oynamağa başladı. Bu sırada Türkiyədə PKK-nın yenidən aktivləşməsi müşahidə olundu. AK parti bunun qarşısını almaq istiqamətində lazımi addımlar atdı. Nəticə etibarı ilə hökümətin son 6 ay ərzində həyata keçirilən yenilikləri xalqı çox sevindirir. Türkiyə güclü bir dövlətdir. Amma insanların daxilində bir terror xofu var. Məhz AK partinin "Terrora yox" deməsi və ona müharibə elan etməsi xalqın buna qarşı inamını bir daha artırdı.

-Yəni hesab edirsiz ki, Ankarada və İstanbulda baş verənlər seçicinin qəti qərara gəlməsinə təkan verdi?

-Mən elə düşünürəm. Bəlkə səhv edirəm, amma belə görürəm.

-Terrorizmin bu dərəcədə mütəşəkkil şəkil alması, miqyasını genişləndirməsində, iş adamı olaraq, siz hansı təhlükələri görürsüz? Buna qədər İŞİD-li və İŞİD-siz bu günə qədər. İŞİD daha çox itirir ya daha çox qazanır.

-Əlbətdə ki, itirir. Terrorizmdən qazanan şirkətlərin özü də terrorist sayılır. Bu mənim fikirimdir. Düzgün iş adamları isə terrorun vurduğu ziyandan öz neqativ təsirini alır. Məsələn Parisdəki son hadisələr iqtisadiyyatın istənilən sahəsinə neqativ təsir edir. Bunlar insanlara ziyan verən insanlardı.

-Mübariz Mənsimov olaraq, siz öz biznesinizi terrordan necə qoruyursuz?

-Bizim işimiz çox rahatdır. Bilirsiz aldıq yük, apardıq yük. "Palmali" bu gün dünyanın ən önəmli şirkətləri ilə işləyir: BP, TOTAL, SOCAR, LUKoyl. Dənizçilik sektorunda indi çox şəffaflıq var. Amma bəzən bizim də adımızı hallandırırlar, Mən bunu üstündən gülərək keçirəm.

-Mən elə onu soruşmaq istəyirdim ki, deyirlər ki, sizi birbaşada olmasada, dolayı yollarla İŞİD-lə əməkdaşlıqda az qala günahlandırırlar.

-Bunu deyən insanlar özləri də dediklərinə inanmırlar. Çünki, bu xəyal edilə bilməyəcək bir şeydir. "Palmali" nin son 12 ildə bütün gəmiləri hansı yükü hardan götürüb, hara apardığına qədər hər şey var. Yüklərin analiz sertifikatı olur. Bu da var bizdə. İstəyən şəxs internete girib 24 saat, hətta 10 gün əvvəldən gəminin gedişatını izləyə bilər.

-Razılaşaq ki, mətbuatda, internet şəbəkəsində, sosial səhifələrdə müzakirəyə çıxarılmış mövzu olaraq bu və ya dirgər cəhətdən sizin mənsub olduğunuz sahəyə toxunur. Yəni, işgüzar nüfuzunuza ziyan gətirir. Bununla bağlı sizin hansı addımlarınız var?

-Biz bu məsələləri hüquqi yolla həll edirik və edəcəyik də. Onu qeyd edim ki, Azərbaycanda bəlli saytlar yazır, mən onları dırnaq arası media və saytlar adlandırıram. Onlar bizi illərdir əzməyə çalışırlar. Bunu bəlkə kiminsə sifarişi ilə və ya öz reytinqləri xatirinə edirlər. Bilmirəm. Mafiya üsuludur bu. Biz bunların heç birində olmamışıq. Azərbaycan da hüquqi bir dövlətdir və biz buna inanırıq. Biz bu media qurumlarına qarşı məhkəmə iddiası qaldırmışıq və sonuna kimi gedəcəyik.

Son məlumatlardan biri də Mübariz Mənsimovun Rəcəb Tayyib Ərdoğanın ailəsi ilə dostluq münasibətidir. Daha doğrusu onun oğlu ilə biznes əlaqələrinin olması ilə bağlıdır. Guya siz nəsə vermisiz onlara...

-Bunu Türkiyədə də yazdılar. Bəli, mən Rəcəb Tayyib Ərdoğana hörmətim sonsuzdur. Mən onu prezident olmamışdan əvvəldən də çox hörmət etdiyim bir insan və böyüyüm kimi tanıyırdım. O hər zaman iş adamlarının yanında olub. O bilir ki, Türkiyənin gələcək inkişafı üçün nələr etmək lazımdı. Amma inanın ki, mən Rəcəb Tayyib Ərdoğanın oğullarını belə tanımıram. Hər kəs boş-boş danışır.

Necə bilirsiz, Mübariz Mənsimovu kim belə məşhurlaşdırmaq istəyə bilər? Nə münasibətlə birdən-birə?

-AK partiyə çox böhtanlar atırlar. Bəlkə düzü də var bilmirəm. Amma bugün hamıya aydındır ki, Məcid Aslanov, Fariz İsmayılxanov və Leyla Şıxliniskaya gəmiləri kimindir. Bunlar hamısı üzdə olan məlumatlardır. sadəcə yalan xəbər yaymaqla ddeyil. Yalan xəbərin arxasında durmaq lazımdır. Gəmilərimizə verdiyimiz adlar Azərbaycanla bağlıdır. Bunlar Azərbaycanın elm xadimləri, gəhramanları, şəhid olmuş əsgərləri, tanınmış şəxsiyyətləri. Bu gəmilərə bu adları mən vermişəm və mən həyatda olacağım müddətdə onlar dəyişməyəcək. Çünki mən bir azərbaycanlı olaraq öz xalqımla qürur duyuram. Bu gün onları belə ucuz ssenari ilə bir oyun hissəsi edən media mənsubları var. Utanmalıdırlar. Hər şeydən öncə onların köklərini öyrənmək lazımdır, araşdırmaq lazımdır bunlar Azərbaycanı sevən insanlardırlarmı? Azərbaycanı sevirlərmi? Yoxsa bir meyvənin içində olan qurd kimi Azərbaycanın içində ziyan verənlərdilər? Dəyişən inkişaf edən Azərbaycanın içində...

Mübariz müəllim, təbii ki, hazırda dünya qlobal krizis keçirdir, maliyilə böhranı var. Sizdə bu dünyanın tərkib hissəsi olaraq, böhrandan kənarda deyilsiz. Ümumiyyətlə biznes adamları yaranmış vəziyyətdən çıxmaq üçün necə mübarizə aparırlar? Elə milyaderlər, milyonçular və Azərbaycanda da var ki, onlar bu vəziyyətdən çıxa bilmir və müfsilləşirlər. Sizin hansı reseptiniz var bununla bağlı?

-Bizim əsas işimiz dənizçilik və gəmiçilkdir. Lazım olanda biz sənayedən kənara çəkilsəkdə, əsas işimizi görəcəyik. Hazırda dünyanın bir çox yerində bizim hazırlanan gəmilərimiz var. Təbii ki, bir logistik şirkət olaraq krizisdən öz payımızı alırıq. Heç bir şirkət deyə bilməz ki, krizis bizə təsir etmədi. Buna inanmaq bir az çətindir. Biz yeni gəmilər yadaraq, Azərbaycan qəhrəmanlarının adlarını yaşatmaqda davam edəcəyik.


Mirşahin Ağayev - telejurnalist


Bu qolbal böhran hansısa bir planınıza mane olmadı ki? Və Azərbaycanda, Türkiyədə və Rusiyada hansısa yeni işlər planlaşdırırsınızmı?

-Bilirsiniz ki, Azərbaycanda qida sektorunda işlər görürük. Məncə "Pal süd" Azərbaycanda yaxşı bir marka hesab olunur. Bundan başqa tək bir büromuz var. "Palmali" də 400-dən çox Azərbaycan dənizçiləri işləyir. Bunların içərsində-dənizçisi də, aşbazı da, mekaniki də var. Başqa bir layihə yoxdur. Rusiyada da "Sankt Peterburq, "Rostov", "Novorossiysk" limanlarında işlər davam edir. Turizim işimiz də var. Amma orada azalmalar etmək fikrindəyik. Yenə də deyirəm ən çox əsas işimizlə məşğul oluruq.

Bizim mətbuatda sizin bəzi mehmanxanalarınızı guya satmaq haqqında da yazırlar.

-Türkiyədə əvvəll`r "Ağzı olan danışır" adlı reklam var idi. Bizim markalarımızın hamsı bizdədi. Heç bir şey satımlayıb, hamsı da işləyir. Sadəcə onlar genişlənməyəcək.

Oturuşunuz, müvazinətiniz rahatdır. Mən düşünürəm ki, biznesini qurmuş və onun üçün arxayın olan adamın pozasıdır. Bununla da siz müəyyən mesajlar vermiş olursunuz. Təsəvvürümdə yanılmıram?

- Yanılmırsınız. Biz artıq "Palmali" olaraq, sovetlərə birliyindən sonra qurulmuş bir şirkətik. Gələn il 20 illiyimizi keçirəcəyik. Nə qoca, nə də yeni şirkət deyilik. Artıq ilk istehsal olunan gəmilərimiz ömrünü başa vurdu. Yeni nəsl gəmilər yarandı. İşimizi sevirik və dünyada dənizçilik sektorunda işini ən yaxşı bacaranlardan biri olduğumuza inanıram. Biz dənizçilikdə inkişafa davam edəcəyik. Dayanmaq yoxdur!