MTN-lə DİN Nardaran hadisələri ilə bağlı xüsusi əməliyyat keçirdi - 2 nəfər tutuldu

29 Noyabr 2015 23:24 (UTC+04:00)

AzNews.az musavat.com-a istinadən xəbər verir ki, MTN və DİN-in birgə keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri olan Nazim Mirzəyev və Mehdi Nağıyev şübhəli şəxs qismində saxlanılıb.

Hər iki şəxsin evində axtarış aparılıb. Axtarış zamanı bir ədəd odlu silah aşkarlanıb. Saxlanılan rayon sakinləri Nardaranda bəzi şəxsləri silahla təmin etməkdə şübhəli bilinirlər