Tofiq Hacıyevin həyat yoldaşının səhhəti ilə bağlı – Yeni məlumat

30 Noyabr 2015 10:51 (UTC+04:00)

Bu barədə AzNews.az-a 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsindən məlumat verilib. Xəstəxanadan bildirilib ki, Tamara Hacıyevanın vəziyyəti yaxşıdır: "Tamara xanımın vəziyyəti yaxşılaşdığı üçün evə buraxılıb. Ümumi səhhəti isə stabildir".

Qeyd edək ki, akademik Tofiq Hacıyev noyabrın 27-də yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Mərhumun həyat yoldaşı Tamara Hacıyeva isə evdə huşsuz vəziyyətdə tapılaraq 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinin reanimasiya şöbəsinə yerləşdirilib.

Sevinc YASİNQIZI
AzNews.az