Şəkidə ağır qəza - Ata öldü, 2 övladı ağır yaralandı

30 Noyabr 2015 11:04 (UTC+04:00)

Məlumata görə, bu gün səhər saatlarında Şəki sakiniləri 1964-cü il təvəllüdlü Ağaismayıl Şahismayıl oğlu Əliyevin idarə etdiyi "VAZ 2106" markalı, 55 BP 452 dövlət nömrə nişanlı avtomobillə 1965-ci il təvəllüdlü Eldar Yaqub oğlu Abdullayevin idarə etdiyi "QAZ-31" markalı, 10 HZ 149 dövlət nömrə nişanlı maşın toqquşub. Nəticədə "VAZ-2106" markalı maşının sürücüsü aldığı xəsarətdən hadisə yerində ölüb. Həmin avtomobildə olan sərnişinlər – sürücünün övladları, 1999-cu il təvəllüdlü Şahismayıl Əliyev, 1998-ci il təvəllüdlü Şahsinə Əliyeva, digər avtomobilin sürücüsü Eldar Abdullayev və onun sərnişini Elgün Nağı oğlu Həşimov aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, Şahsinə Əliyeva və Elgün Həşimovun vəziyyətləri ağır olduğundan reanimasiya şöbəsinə yerləşdiriliblər. Digər yaralıların vəziyyəti isə orta-stabildir.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

APA.az