TürkPA dövlətləri Astanada toplanacaq
30 Noyabr 2015 11:28 (UTC+04:00)
Akademiyadan AzNews.az-a verilən məlumata görə, tədbir Astana şəhərində, 2-4 dekabr tarixlərində Türkdilli Parlamentlərin Assambleyasının VI plenar iclasları çərçivəsində baş tutacaq.
Toplantı iclaslarında TürkPA-nın tərkibində olan iştirakçı dövlətlərin Parlamentlərinin spikerləri, Özbəkistan, Türkmənistan, Monqoliya, Macarstan dövlətlərini təmsil edən səfirlər, eləcə də beynəlxalq təşkilatların alimləri, ziyalıları və mədəniyyət xadimlərinin iştirakı gözlənilir.
Beynəlxalq Türk Akademiyasının konfransında Türk dünyasının qədimliyini və hakimiyyətini təsdiq edən maraqlı bir abidənin təqdimatı olacaq.