Daha bir küçə bağlandı

30 Noyabr 2015 11:31 (UTC+04:00)

Bu barədə AzNews.az-a "Azəryolservis" ASC-dən məlumat verilib. Qurumdan bildirilib ki, hərəkətin məhdudlaşdırılması Mikayıl Əliyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairədən üzü Babək prospektinə doğru olan 700 metrlik hissəsində tətbiq olunub. Sözügedən ərazidə təmir-tikinti işləri yekunlaşandan sonra küçənin digər hissəsinin, Babək prospektinə qədər olan 750 metrlik ərazinin nəqliyyat vasitələrinin hərəkəti üçün qısa müddətlik məhdudlaşdırılması planlaşdırılır.

AzNews.az