Cəbhədə gərginlik - Əsgərimiz yaralandı

30 Noyabr 2015 11:53 (UTC+04:00)

AzNews.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəsibov Bəhruz Sahib oğlu sol qolundan yüngül yaralanıb.

İlkin tibbi yardım göstərildikdən sonra yaralı əsgər tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını qətiyyətlə almağa hazırdır.