Ekspertdən xəbərdarlıq – Qışda bu ərzaqları yeməyin

30 Noyabr 2015 12:04 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, bu məhsullar süni yolla yetişdirildiyindən mənşəyi məlum olmayan xəstəliklər yarada bilər: "Əsasən pomidor, xiyar, yemiş və bu kimi yayda yetişən meyvə-tərəvəzdən uzaq olmaq lazımdır. Qış aylarında satışda olan yay kənd təsərrüfat məhsulları istixanalarda yetişdirilir. Onlara yüksək miqdarda kimyəvi maddələr, gübrələr vururlar. Bu məhsullar süni yetişdirilir".

Bahar RÜSTƏMLİ
AzNews.az