Apple 2 top-menecerini qovdu

30 Oktyabr 2012 11:21 (UTC+04:00)
ABŞ-ın son zamanlar ən populyar şirkəti Apple-da yarpaq dökümü başlayıb.

AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, kompaniya iki top-meneceri ilə yollarını ayırıb. İphone və İpad-in əməliyyat sisteminin hazırlanmasından məsul olan Skott Forstoll və şirkətin vitse-prezidenti Con Brouett işdən ayrılıblar.

Yayılan məlumata görə, vitse-prezidentin işdən ayrılmasına səbəb onun digər top menecerlərlə yola getməməsi olub. Bundan əlavə, Apple servislərində yaranmış problemlər də hər iki menecerin işdən ayrılmasını daha da tezləşdirib.

Qeyd edək ki, həm Skott Forstoll həm də Con Brouett Amerikada çox tanınmış menecerlərdir.

Sadiq Musa
AzNews.az