Bakıda tualeti olan yeni avtobuslar – Qiyməti 1 manat 30 qəpik

30 Noyabr 2015 13:42 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Neoplan markalı avtobuslar 48 sərnişin tutumludur. Gediş haqqı isə 1 manat 30 qəpikdir. Avtobusda mini mətbəx, soyuducu simsiz internet şəbəkəsi və ayaqyolu kimi xidmətlər də təqdim olunub. Bu xətt üzrə hələlik 5 avtobus hərəkət edəcək. Yeni marşrut xəttində gediş haqqı Bakıkartla ödənəcək. Bu marşrutda sərnişinlərin ayaq üstə getməsinə icazə verilməyəcək.

Ekspress avtobuslarında həmçinin Azərbaycanın 60, 70 və 80-ci illlərin bəstəkarl mahnıları səsləndiriləcək.

Sevinc YASİNQIZI