Parisdəki İqlim zirvəsi öz işinə başladı

30 Noyabr 2015 14:55 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fransa Prezidenti Fransua Olland konfransı açıq elan edib.

İştirakçılar arasında 150-dən çox ölkə lideri yer alıb.

Məlumat üçün bildirək ki, qlobal forum noyabrın 30-dan dekabrın 11-ə kimi keçiriləcək. Forumun nəticələrinə əsasən, yeni beynəlxalq müqavilənin bağlanacağı gözlənilir. Bu müqavilə iqlim sisteminə yükün azaldılmasına dair beynəlxalq səylərin birləşdirilməsini təmin edəcək və 2020-ci ildən sonra Kioto protokolunu əvəzləyəcək. Paris forumunun əsas məqsədi planetin temperaturunu 2 dərəcə selsi həddində saxlamağa imkan verən tədbirlər barədə razılığa gəlməkdən ibarətdir.

Onu da bildirək ki, İqlim zirvəsində Rusiya prezidenti Vladimir Putinlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın görüşəcəyi gözlənilir.

Aydan AXUNDOVA
AzNews.az