Davudoğlu “üzr gözləməyin” dedi – NATO dəstəklədi

30 Noyabr 2015 16:49 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu bunu Brüsseldə NATO-nun baş katibi Jens Stoltenberg ilə birgə keçirilən mətbuat konfransında deyib.

Davudoğlu bildirib ki, hava sahəsi Türkiyənin suverenliyinin bir parçasıdır: "Rusiya təyyarəsinin vurulması müdafiə xarakterli idi. Suriyada iki koalisiya əməliyyatlara davam etdiyi müddətcə bənzər hava sahəsi hadisələrinin qarşısını almaq çətin olur. Ümumiyyətlə, Türkiyənin gərginliyi artırma niyyəti yoxdur. Biz hər səviyyədə görüşməyə hazırıq".

Rusiyanın Türkiyəyə qarşı qəbul etdiyi sanksiya qərarlarını da qiymətləndirən Davudoğlu qarşı tərəfin bu sanksiyaları gözdən keçirəcəyinə ümid etdiklərini vurğulayıb.

NATO-nun baş katibi Stoltenberg mətbuat konfransında qeyd edib ki, bütün müttəfiqlər Türkiyənin hava sahəsini qoruma haqqını tamamilə dəstəkləyir: "Rusiyanın bölgədəki hegemon istəyini artırması NATO ölkələrində narahatlıq yaradır. Amma gərginliyin azalmasını gözləyirik".

Sevinc Yasinqızı