Şagirdlər arasında kütləvi dava - 14 yaşlı qız yaralandı

30 Noyabr 2015 19:05 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, dava zamanı Kəlbəcər rayon 9 saylı orta məktəbin 9-cu sinif şagirdi, 14 yaşlı Fidan Məmmədova kəllə-beyin travması və boyun fəqərələrinin əzilməsi kimi xəsarətlər alıb.

Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər məktəblinin vəziyyətini ağır qiymətləndirib.

Fakla bağlı Kəlbəcər rayon Polis Şöbəsində araşdırma aparılır.