Ərdoğan Rusiyadan üzr istəmək barədə sualı cavabsız qoydu

30 Noyabr 2015 20:49 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, sualı Parisdə iqlim dəyişikliyi məsələsinə həsr olunan konferensiyada RİA Novosti agentliyinin müxbiri verib.

Tərcüməçi sualı Türkiyə prezidenti üçün tərcümə edib, lakin Ərdoğan rusiyalı müxbirin sualını cavabsız qoyub.

"Əvvəlcə mən baş nazir ilə danışacam, sonra isə bəyanat verəcəm", - Ərdoğan digər jurnalistin Türkiyə-Rusiya arasında olan münasibətlər barədə sualını cavablandırarkən deyib.