Kredit borcları silinəcək? - Video

30 Noyabr 2015 21:32 (UTC+04:00)

AzNews.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, iqtisadçılar isə belə təkliflərin populizm xarakteri daşıdığını və indiki şəraitdə belə bir addımın atılmasının real olmadığını vurğulayırlar.

Mütəxəssislər bildirirlər ki, indiki vəziyyətdə kredit borclarının silinməsi real deyil. Çünki bu addım bankların iqtisadi vəziyyətini çətinləşdirə və bu da öz növbəsində, ölkə iqtisadiyyatına birbaşa ciddi mənfi təsir edə bilər.

Mütəxəssislər deyirlər ki, bu təklifdən ümidlənən bəzi vətəndaşlar kreditlərini ödəmirlər. Nəticədə həmin şəxslər bankların problemli müştərilər siyahısına düşürlər ki, bu isə onların yenidən kredit götürmələrində problem yarada bilər.

Bankların kredit borclarını silinməsi növbəti illərdə ölkədə kreditə tələbatın artmasına, eyni zamanda kredit ödəmə mədəniyyətinin aşağı düşməsinə gətirib çıxara bilər.