İki nəfər dəm qazından zəhərləndi

30 Noyabr 2015 21:52 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bu gün rayonun Posanlı kənd sakini, 1998-ci il təvəllüdlü Ruzalə Həsənova və Mahmudlu kənd sakini, 1986-cı il təvəllüdlü Xatirə Qurbanova dəm qazından zəhərlənmə əlamətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Hər iki nəfərə tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir. Məlumata görə R. Həsənova və X. Qurbanova yaşadıqları evlərin vanna otağında olarkən zəhərləniblər.