Bakıda sahibkara silahlı hücum olub- EKSKLÜZİV
30 Oktyabr 2012 11:53 (UTC+04:00)
Sankt-Peterburqda "Ağdam" restoranının, eyni zamanda bir sıra ticarət obyektlərinin sahibi "ağdamlı Murad" kimi tanınan şəxsə 8-ci km adlanan ərazidə hücum olunub. AzNews.az-a daxil olan məlumata görə, "ağdamlı Murad" avtomobilinə oturduqdan sonra avtomobilə yaxınlaşan şəxs tapançadan atəş açmaq istəyib.
Amma təsadüfdən silah açılmayıb. Elə bu zaman "ağdamlı Murad" avtomobildən düşmək istəyib. Bu zaman silahlı şəxs tapançanın dəstəyi ilə onun başından vurub. Hüquq mühafizə orqanlarının köməyi nəticəsində həmin şəxs həbs olunub. Araşdırma zamanı məlum olub ki, o, "ağdamlı Murad"ın bibisinin kürəkəninin qardaşıdır.
Nizami Rayon Polis Şöbəsindən isə onlarda belə bir məlumatın olmadığı bildirilib.
Qeyd edək ki, "ağdamlı Murad" axtarışda olduğu üçün Peterburqa qayıda bilmir. Bu səbəbdən də oradakı biznesini Azərbaycana köçürməyə başlayıb. Hazırda Hövsan və Türkan qəsəbələri arasında ona məxsus istirahət mərkəzi fəaliyyət göstiərir.
Bahar Rüstəmli
AzNews.az