“Ərdoğanı görmədim və təbii ki, görüşmədim” - Putin

30 Noyabr 2015 23:07 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, Vladimir Putinə Parisdə keçirilən mətbuat konfransında türkiyəli həmkarını görməsi və görüşməsi ilə bağlı sual ünvanlanıb.

"Türkiyə prezidentini görmədim və təbii ki, onunla görüşmədim",deyə Rusiya prezidenti suala cavabında bildirib.

O, keçirdiyi bütün ikitərəfli görüşlərdə Türkiyə tərəfindən vurulan Su-24 təyyarəsi ilə bağlı müzakirələr apardığını söyləyib:

"Keçirdiyim görüşlərdə Rusiya təyyarəsinin Türkiyə üçün təhlükə daşımadığı fikri öz təsdiqini tapıb".