Aviasiya Mərkəzinin rəisi vəfat etdi

30 Noyabr 2015 23:34 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, M.Süleymanov təzyiqdən əziyət çəkirdi.

Məhyəddin Süleymanov peşəkər zabit, hərbi pilot olub. Süleymanovun Azərbaycan Respublikasının Silahlı Qüvvələrində paraşütçuların hazırlanmasında müstəsna xidməti və rolu olub.

1984-cü ildə Saratov Təyyarəçilk Məktəbini bitirən Məhyəddin Süleymanov 1988-ci ildən Balakən Aviasiya Mərkəzində çalışıb. 9 min 238 saat uçuş keçirən Süleymanov aviasiya mərkəzinin əsas pilotu da özü olub.

Süleymanov Şəkinin Dəhnə kəndində doğulub. Polkovnik-leytenantın dörd övladı var idi. Allah rəhmət eləsin.