Kaçinskinin təyyarəsi partladılıb?

30 Oktyabr 2012 12:02 (UTC+04:00)
Polşalı ekspertlər Kaçinskinin qəzaya düşdüyü təyyarənin qalıqları üzərində ekspertiza keçiriblər.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ekspertlər təyyarənin qalıqları arasından partlayıcı qurğu izi aşkarlayıblar. Məlumata Polşa qəzetləri də geniş yer ayırıb. Ölkənin Baş prokuroru Andjey Seremet də faktla bağlı açıqlama verib və məlumatı təsdiqləyib.

Qeyd edək ki, mərhum Polşa prezidenti Lex Kaçinskinin həlak olması ilə nəticələnən təyyarə qəzası son zamanlar ciddi araşdırılır. Ötən gün Kaçinski işi ilə bağlı önəmli və yeganə şahidin özünü asması da vəziyyətin gərginliyindən xəbər verir. Bütün bunlar göstərir ki, işin üstü açıldıqca, şahidlər aradan götürülür.

Sadiq Musa
AzNews.az